Xalq artisti Aygün Kazımova Bodrum istirahətindən qayıdıb.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, müğənni İnstaqramın canlı yayımına girib və ona ünvanlanan sualları cavablandırıb. A.Kazımova sentyabrda "Crystal hall"da baş tutacaq solo konsertindən danışıb:
"Həyatımın konsertinə hazırlaşıram. Bu ayın sonu artıq biletlər satışa çıxacaq. Bircə onu deyə bilərəm ki, Azərbaycanda belə konserti hələ heç bir həmkarım etməyib. Bu ilk də mənim adımla bağlıdır. Bundan sonra kim edərsə, mən ona uğur arzulayaram".
Qeyd edək ki, bu il xalq artisti A.Kazımovanın səhnə fəaliyyətinin 30 illiyi tamam olur. Solo konsert də buna həsr olunacaq. Konsert layihəsi üzərində dünyanın bir çox ölkələrindən, o cümlədən, İtaliya, Portuqaliya, Fransa, İngiltərə, Rusiya, Gürcüstan və Türkiyədən səs rejissoru, xoreoqraf, rejissor, rəqqas, prodüser və digər peşəkar işçi heyəti Bakıya gələcək. Yaxın günlərdə Aygün Kazımova mətbuat konfransı edərək, media nümayəndələrinin suallarını cavablandıracaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub