Aparıcı Hacı Nuran Hüseynov "ATV Kulis" verilişinin qonağı olub.
Mynews.az-ın məlumatına görə, aparıcı "Həyat" xeyriyyə fondundan və verilişindən danışıb:
"20 ildir xeyriyyə işi ilə məşğulam. Qərara gəldim ki, ATV-yə keçmək vaxtıdır. Verilişə baxanlar elə xəstələrin olmasına inanmırsa, gedib onunla görüşə bilər. Uşaqlıqdan valideynlərimdən görmüşəm ki, kimlərəsə köməklik ediblər. Bir dəfə imkansız ailə ilə rastlaşdım. Çox xəstə adam var idi, həkim onu götürmürdü. Bütün günü o xəstəni düşündüm. Amma fikirləşdim ki, xeyriyyə işini atacam. Uzaq bir tanışımız mənə yaxınlaşıb dedi ki, xeyriyyə işini atma. Təəccübləndim ki, axı bunu ürəyimdə düşünürdüm. Mən sadəcə vasitəçiyəm. Köməyə ehtiyacı olan birini başqası ilə tanış edir, köməklik göstərmələrinə şərait yaradıram".
Uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkən Hacı Nuran səhhətindən söz açıb:
"Həkim nəzarətindəyəm, şükür yaşayıram. Hər insanın öz qisməti, vaxtı var. Heç kim nə qədər yaşayacağını bilmir. Elə olub ki, getmişəm müayinəyə analizlərim pis çıxıb. Sosial şəbəkədə bir dəfə paylaşdım ki, müayinəyə gedirəm. O qədər dua etdilər mənə, analizlərim də yaxşı çıxdı. Allahdan gələn bir gücdür. İşim ağırdır. Hər çəkilişdən sonra fikirləşirəm, halım pisləşir. Hamı deyir, ürəyinə salma. Amma olmur, müraciət edən insanlara görə stres keçirirəm.".
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1530 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1493 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1492 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1479 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1479 dəfə oxunub