TV8-in sahibi Acun İlıcalının evlənməyə hazırlaşdığı Şeyma Subaşı "Hürriyet"ə müsahibə verib.
Mynews.az Axşam.az-a istinadən verdiyi məlumatına görə, o, Acunla münasibətlərindən danışıb və övladlarını dünyaya gətirdiyi anın xatirələrini bölüşüb:
- Doğuşda Acun yox idi. Mən anamla Mayamidə evdə idim. Acunla telefonla danışdım. Mənlə danışdıqdan sonra "Play Station" oynadığı yerdəcə yatıb qalıb. Mənsə tualetə getdim və oradan anama səsləndim ki, "Ana, mən, deyəsən, doğuram". Gecə 3-də Acuna mesaj yazdım ki, doğuram.
- Uşaq planınız var idi?
- Yox, planımız yox idi.
- Gənc yaşda ana olmaq necə hissdir?
- 23 yaşımda ana oldum. Mənim yaşıdlarım arasında böyük cəsarətdir. Hazırda hamilə qalmaqdan daha çox qorxuram. O zaman cəsarətli imişəm. Bir də normal doğuş oldu.
- Neçə ildir sevgilisiniz?
- 8. Hazırda 26 yaşım var. Möhtəşəm bir şey yaşadıq, böyük sevgini... Sevgi olaraq çox şeyə dözdüm. Elə Acun da..
- "Mən artıq davam etməyəcəyəm, bəsdir" dediyin anlar oldu?
- Səncə, neçə dəfə dedim? Hər həftə deyirdim. Amma insanlar üçün çox ağlamamışam.
- Hər zaman içində saxladın?
- Hə, gecə yatanda çox ağlayırdım. Namaz qılarkən çox ağlayırdım. Hazırda bu gərgin iş rejimimlə namazı qıla bilmirəm. Allah bağışlasın, içimizi bilir. Həyatda heç bir zaman "bu olsun" deyə dua etmədim, hər zaman "Xeyirlisi nədirsə, o olsun" dedim.
- Yaş fərqi önəmli deyil?
- Yox, aramızda 21 yaş fərq var. Amma Acun sanki məndən 2 yaş kiçikdir. "Əl çək bu uşaqlığından" deyirəm. Çox safdır.
- "Bütün məqsədi bu idi, evlənir" deyənlərə mesajın var?
- Qoy, belə düşünsünlər. Acun qədər olmasa da, mən də məşhur adam oldum və belə mənfi fikirlər hər zaman olacaq. Hər kəs məni necə sevə bilər ki? Amma o qadınlardan birini tapdıq. Varlı bir qadındır, əriylə yaşayır. Dərhal evinə girildi, tam mənə söyüş yazdığı anda yaxalandı. Qorxusundan iPad-ını sındırmaq istəyib. Polis deyib ki, dəlili yox etsə, həbs olunacaq. O qədər çirkin qəlblidirlər ki, bu insanlar məni sevməsin heç. Onların enerjisinə ehtiyacım yoxdur.
- Acun boşanmasaydı, bu münasibət davam edərdi?
- Əsla. Hər şeyin sonuna gəlmişdik. Ya boşanma olacaqdı, ya da olmayacaqdı.
- Melisa doğulmamışdan qabaq tərəddüd etdin? "Doğacağam, amma bundan sonra nə olacaq?" deyə fikirləşdin?
- Vallah, bunların strategiyasını heç düşünmədim. Belə olsa, nə deyəcəklər, necə olacaq, düşünmədim. "Nə olacaqsa, olsun" dedim, Allah kömək edər.
1
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
1044 dəfə oxunub
2
Azərbaycan nefti ucuzlaşdı
1038 dəfə oxunub
3
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
983 dəfə oxunub
4
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
976 dəfə oxunub
5
Bu rayonda qarın hündürlüyü 85 sm-ə çatdı
956 dəfə oxunub