“Azərbaycanda olmaqdan çox xoşbəxtəm. Bu ölkə ilə tanışlığa böyük marağım var idi".
Mynews.az-ın xəbərinə görə, bunu Hindistanın məşhur aktyoru, Bollivud ulduzu Avinash Sachdev Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda ən çox insanlar və onların qonaqpərvərliyini bəyənib:
“Azərbaycana gələcəyim təqdirdə buranı sevəcəyimi bilirdim. Əsas istəyim Azərbaycanın mədəniyyəti ilə tanış olmaqdır”.
A. Sachdev Azərbaycan filmlərini izləmədiyini qeyd edib. Aktyor əlavə edib ki, hər hansı təklif olacağı təqdirdə Azərbaycanda müəyyən layihələrdə iştirak edə bilər.
Qeyd edək ki, A. Sachdev Azərbaycan - Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycana gəlib. O, 26-30 iyun tarixlərində ölkəmizdə səfərdə olacaq. A.Sachdev Türkiyənin “Kanal 7” televiziyasında yayımlanan “Tatlı bəla” serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub