“Azərbaycanda olmaqdan çox xoşbəxtəm. Bu ölkə ilə tanışlığa böyük marağım var idi".
Mynews.az APA-ya istinadən xəbərinə görə, bunu Hindistanın məşhur aktyoru, Bollivud ulduzu Avinash Sachdev Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda ən çox insanlar və onların qonaqpərvərliyini bəyənib:
“Azərbaycana gələcəyim təqdirdə buranı sevəcəyimi bilirdim. Əsas istəyim Azərbaycanın mədəniyyəti ilə tanış olmaqdır”.
A. Sachdev Azərbaycan filmlərini izləmədiyini qeyd edib. Aktyor əlavə edib ki, hər hansı təklif olacağı təqdirdə Azərbaycanda müəyyən layihələrdə iştirak edə bilər.
Qeyd edək ki, A. Sachdev Azərbaycan - Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlının dəvəti ilə Azərbaycana gəlib. O, 26-30 iyun tarixlərində ölkəmizdə səfərdə olacaq. A.Sachdev Türkiyənin “Kanal 7” televiziyasında yayımlanan “Tatlı bəla” serialının qəhrəmanıdır. Hindistanlı aktyor Türkiyə, İran, Rusiya, Qafqaz, ərəb ölkələri və Latın Amerikasında daha çox tanınır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub