ARB TV-də Faiq Mirzəyevin təqdimatında "Ömrün fəsilləri" verilişinin növbəti qonağı Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova maraqlı açıqlamalar verib.
Mynews.az-ın məlumatına görə, o, ailəsindən və atası ilə münasibətindən bəhs edib:
"Atam diktator idi. Çox hirslənəndə şilləsini yemişəm. Anam da çox sərt idi. O zamanın mentalitetində qız uşağının üzərində daha çox titrəyirdilər. Atamın mənim aktrisa olmama icazə verməsinə özüm də şok oldum. Atama deyəndə ki, İncəsənət universitetinin aktyorluq fakültəsinə imtana girmək istəyirəm mənə mənfi nəsə demədi. Nə anam, nə də atam mənə qarşı çıxmadı. Yəqin ki, mənə inamı var idi. Onun da özünə görə qanunları var idi. Açıq-saçıq, öpüşmə və sair tipli səhnələrin olmasını istəmirdi.
Atam deyirdi ki, ön sırada olacağam tamaşa zamanı, xoşuma gəlməyən nəsə olsa, səhnəyə çıxacağam. Belə qorxularım var idi. Heç bir maneəçilik görmədim. Atamın qısqanclıqları çox idi. Tamaşadan sonra atam həmişə gəlib məni evə aparırdı. Bir tamaşaçı 2 gün əlində çiçəklə məni gözləyirdi. Atam bunu 2 gün dalbadal gördü və əsəbiləşdi. Hətta atam çiçəyi əlimdən alıb oğlanın gördüyü formada yerə atdı. Oğlanı bir daha görmədim".
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub