Emma həyat yoldaşı haqda "Yorğun-arğın vəziyyətdə evə gəlir. Mən onu nəyə qısqanım?!" - VİDEO

665
Emma həyat yoldaşı haqda "Yorğun-arğın vəziyyətdə evə gəlir. Mən onu nəyə qısqanım?!" - VİDEO

ARB Ulduz-un "Şou məkan" verilişinin budəfəki qonağı Emma (Elmira) Ələkbərzadə olub.

Mynews.az Milli.az-a istinadən xəbər verir ki, istirahətdə olsa belə, övladı üçün tez geri qayıdan müğənni Bodrum səfərindən doymadığını etiraf edib:

"Mən istirahətimi etdim, ancaq yenə etməliyəm. Çünki bir həftə mənim üçün azdır. İstirahətimiz çox gözəl keçdi. İki bacı bir yerdə istirahətin dadını çıxardıq. Çox darıxırdıq. Çünki oğlum David Bakıda qalmışdı. Bibim qızı bütün günü şəkillərini göndərirdi".

Emma xanım övladını istirahətə aparmamasının səbəbini də gizlətməyib:

"Davidi aparsam, gərək mən özümlə dayə aparam. Hesab elədik ki, David hələ balacadır, onun iki yaşı var. Ümumiyyətlə, deyirlər üç yaşına qədər gərək uşağı təyyarəyə mindirməyəsən. Mən hər dəfə 11 saat Amerikaya uçanda körpə uşaqlar 11 saat ağlayırdı, səsləri kəsmirdi. Qoy böyüsün hər şeyi başa düşsün, aparacam".

Sənətçi həyat yoldaşının bu cür proseslərdən uzaq durmasını və ailəlikcə olan planlarından da danışıb:

"Kimsə qalıb işləməlidir, düzdürmü? Mən evdə olanda Emilin istirahət günü olanda ailəvi yığışırıq. Mən, Sevda, David, bibimqızı, övladları. Emil kabab çəkir. Sonra çıxıb gəzirik. Davidin yatmaq vaxtı gələndə evə qayıdırıq. O, yatandan sonra yenə də gəzməyə çıxırıq".

Müğənni ilə övladını lentə almaq isə mümkün oladı:

"Hava görürsüz də tutulur, açılır. Mən övladıma qarşı həssasam. Dayəsinə dedim siz evdə oturun, mən gəlim. İrəlidə Davidi çox çəkəcəksiz".

Emma xanım həyat yoldaşı qısqanmamasından da söz açıb:

"Bu insan yorğun-arğın vəziyyətdə evə gəlir. Mən onu nəyə qısqanım?! Hazırladığı ləziz yeməkləri insanlar bəyənir. Mən niyə qısaqanım. Mən bilirəm o, öz zəhmətilə çalışır, evə qayıdır".

Hələlik yaradıcılığı ilə bağlı heç nə demək istəmiyən müğənni yeniliklərini sentyabrda təqdim edəcəyini bildirib:

"Deməyəcəm, nədi, necə olacaq. Mən heç nəyi əzəldən deməyəcəm. Deyirəm, heç nə alınmır. Xarici ölkəyə belə xəbərsiz uçuram. Mənə öncədən planlaşdırmaq düşmür".

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

Xəbər lenti