“Kişilərlə cinsi əlaqədə olanda iyrənirəm”

2681
“Kişilərlə cinsi əlaqədə olanda iyrənirəm”

Son dönəmlərdə o İnstagram fenomeninə çevrildi. Çəkdirdiyi videolar ilə çox məşhurlaşdı. Səmimiliyi, sadəliyi, olduğu kimi görünməyi onu insanlara sevdirdi. Bu sevgi bir neçə gün ərzində İnstagram səhifəsində olan dəyişiklikdə də özününü biruzə verdi. 

Ancaq 40 yaşda bu qədər insanların sevgisini birdən-birə qazanan stilist Samiraldonun ulduzluq xəstəliyi başını gicəlləndirmədi. Sevir, sevilir, olduğu kimi də yaşayır. Heç nəyi gizlətmədən… Onu qınayanlara, söyənlərə, təhqir edənlərə belə cavab vermir. Onun tək şeyə ehtiyacı var, o da sevgi… Çünki insanların sevgisi onu çox xoşbəxt edir:

Mynews.az Samiraldonun ad günündə big.az-a verdiyi müsahibəni təqdim edir:

– Son dönəmlər yaman məşhurlaşdın. Videoların instagramda çox maraqla qarşılanır. 

– Ən çox hansı yadda qalıb?

– Qəhrəman, açıldı , Misir müəllim…

– Mən bunu məşhur olmaq üçün etmədim, sadəcə işlətdiyim kəlmələr idi, onlar indi dillərdə əzbər olub. Heç özüm də bilmədim necə oldu. Amma insanlar bunu başqa cür yozur. İnanmırdım belə olar. Kanallar mənə qadağa qoymuşdu. Bəzi saytlar var idi ki, heç məndən yazmırdı. Paxıllıqdan belə edirlər, məni insanların gözündən salırlar. Mən öz məşhurluğumu heç kimə həvalə edə bilməzdim. İndi fanatlarım çoxdur, amma mən Bakıdan olan fanatlarıma güvənmirəm. Xaricdə məni daha çox sevirlər.

– Qız fanatların çoxdur, ya oğlan ?

– Onlar çox mədəni oğlanlardır. Amma qızlar, qadınlar da var. Bəziləri mənə deyir ki, özünü dart. Mən bacarmıram. Deyirlər ki, özünü “koroleva”, ulduz kimi apar, amma mən deyirəm niyə, səbəbini başa düşə bilmirəm. Mənim öz dünyam var, süniliklə aram yoxdur. Mən xalqın içindən çıxan biriyəm. Xalq məni həm pis yetişdirib, həm yaxşı, həm tərbiyəli, həm tərbiyəsiz. Mən buyam, niyə maskalanım ki?!

– Fala inanırsan ? 

– O qədər də yox. Amma 5 il bundan qabaq yol gedirdim, məşhur da deyildim. Yolda bir qaraçı yaxınlaşıb mənə dedi ki, 40 yaşında sənin həyatında köklü dəyişiklik olacaq, çox seviləcəksən. Dedi 40 yaşına kimi ömrün olacaq. Bir ilə kimi də vəfat edəcəksən. İndi düşünəndə pis oluram. Mən ona pul da vermədim, içindən gəldi deyə baxdı.

– Həyatından razısan ?

– Mən çox xoşbəxtəm. Amma həyatımda heç vaxt sevgi görməmişəm. İndi sevgi görürəm, inanmıram. Amma həmişə güclü insan olmuşam, amma indi zəifəm.

– Əcnəbi vətəndaşlardan sevgi təklifi almısan?

– O qədər… Ən çox da qızlar. Təəssüf olsun ki, oğlanlar mənə sevgili olmağı təklif etmir. (gülürük –red)

– Qızlara nə cavab verirsən? 

– Belə şeyi başa düşmürəm axı… Çatmır mənə, qız oğlan sevgisi necə olur ki?! Qəribədir axı… Mənə qız deyəndə ki, səni sevirəm dəhşətə gəlirəm, necə qız oğlana, ya oğlan qıza sevirəm deyə bilər ki?!

– Bəs sən sevməmisən?

– Yox… Mən dünyaya gələndən sevgi görməmişəm. İnsanlardan daha çox nifrət, neqativlik görmüşəm. Kimsə mənə deyəndə ki, səni sevirəm elə bilirəm dolayır məni.

– 40 ildir ki, sevmirsən, bəlkə sevsən daha xoşbəxt olacaqsan. 

– Məsələn, mən yolla gedirəm, bahalı maşınlar saxlayıb deyirlər ki, Samiraldo, deyirəm ay can, mən bundan “kayf” alıram. Amma bu o demək deyil ki, mən onu sevirəm. Mən ictimai insanam.

– Bir ara deyirdilər ki, Samiraldo Samir Bağırovla eşq yaşayır. 

– Dostluq ola bilər. Amma o da qadın kimi mən də… Yox, sevgi deyil. Çoxu geydir, leyzbiyandır, amma gizlədirlər. Mən onları qınamıram. Mən etiraf edirəm, guya bu etiraf mənə nə qazandırır? Nə bahalı avtomobilim var, nə də ki, bahalı evim. Çoxları da mənimlə görüşməyə ehtiyat edir. Kişilərə nifrət edirəm, qorxuram, onlar məni çox incidib.

– Bəs kişilərlə cinsi əlaqədə olanda qorxmursan?

– Kişilərlə cinsi əlaqədə olanda iyrənirəm. Amma mən elə şeylər yaşamıram… Mən özüm özümdən həzz alıram. Mən göylərdə uçuram… Anlamıram, qız oğlanla necə cinsi əlaqə yaşaya bilər.

– Bəs sən cinsi əlaqəyə kimlə girirsən? Mavilərlə?

– Mənim obrazım qadın obrazı olsa da, əslində bunu kişilər üçün etməmişəm. Bunu öz keyfim üçün edirəm. Qoy hamı yansın, mənə baxıb həzz alsın. Amma mən bunu etməmişəm ki, kimsə məni bəyənsin.Bu məndə alınmır.

– Maraqlıdır… 

– Mən özüm də maraqlı insanam. Səmimi danışıram, bilirəm çox insan məni qınayacaq. Amma onu da bilirəm ki, milyonlarla insan məni tanıyıb, sevir. Bu qədər adam məni sevir… Görün heç kimsə şəklimin altına yazıb ki, mən onunla yatmışam? Bu böyük bir xəstəlikdir, narkotik kimi bir şeydir. Sağalmaz bir şeydir… Şükür Allaha ki, mən xoşbəxt insanam, xəstə deyiləm, məni sevən insanlar ürəyim də necədir, bilir.

Xəbər lenti