Hər zaman qeyri-adi geyimləri ilə diqqət çəkən Ledi Qaqa bu dəfə social şəbəkədə lağ hədəfinə çevrilib.
Mynews.az axşam.az-a istinadən bildirir ki, müğənni sevgilisi Kristian Karino ilə təbiət qoynunda gəzinti zamanı görüntülənib. Ledi Qaqanın gülüş obyekti olmasının səbəbi isə gəzinti zamanı geyindikləri olub.
Belə ki, pop ulduzun əynində balıq ətək, top blyuz və stiletto ayaqqabı olub. İzləyicilər Qaqanın fotolarına "Belə də təbiət gəzintisi olar?" şərhini yazıblar.