“Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində klub yaranıb. Mənim üçün şərəfdir ki, onların sıralarındayam. Əvvəl velosiped sürənlərə yolda heç kim hörmət etmirdi. Biz onların gözünün düşməniydik. İndi isə DYP əməkdaşları da bizə hörmətlə yanaşırlar. Mənim ilk velosipedim 1150 manat idi. Bu artıq 2000 manatdır. Getdikcə velosiped yaxşı mənada xəstəliyə çevrilir”.
Mynews.az Axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Zaur Əmiraslanov "ARB Ulduz"un “Şou məkan” verilişinə açıqlamasında deyib.
Ötən il avtomobilini satıb velosipedə keçən müğənni hazırda bir çox yerə məhz onunla getdiyini söyləyib:
“Mən keçən il avtomobilimi satmaq qərarına gəldim. Çünki çətin satılan avtomobil idi. Yaxşı dostlara – klubun əməkdaşlarına rast gəldim. Onlar məni məcbur etdilər ki, velosiped alım. Aldım və yay boyu bütün işlərimi onunla həll etdim. Bəhanə axtarırdım evdən çıxmağa ki, kaş nəsə tapşırsınlar gedib velosipedlə alım”.
Z.Əmiraslanov məclisə gedərkən geyimlərini necə seçdiyindən danışıb.
“Bu geyimi geyinirsən, çantanı çiyninə atırsan, çatdığın məkanda dəyişdirirsən. Məclisə səhnə geyimində çıxırsan, ifa edirsən.
Velosipedlə toya getmirəm. Mən restorana, işlədiyim məkanlara gedirəm. Çalışıram ki, toya avtomobillə gedim. Çünki indi yaxşı ifaya yox, yaxşı avtomobilə qiymət verirlər. Məni həzm eləmək çox çətindir. Çünki mən qeyri-adiliyi sevmişəm. Mənə başqalarının fikri maraqlı deyil".
Müğənni həmkarlarının idman marağından söz açaraq, onları qınayıb:
“Şou-biznes aləmində insanların 90 faizi idmana ona görə gedirlər ki, selfi edib instaqramda paylaşsınlar. Mesaj göndərirlər ki, idmana gedirəm, döyərəm sizi".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub