"Sevgilim çox qısqancdır" Günay-FOTOLAR

735
"Sevgilim çox qısqancdır" Günay-FOTOLAR
Müğənni Günay İbrahimli “Hər şey daxil” verilişinin qonağı olub. 

Mynews.az-ın məlumatına görə, ifaçı tanınmaq üçün televiziya efirlərinə pul vermədiyini deyib:    “Mən radio efiri vasitəsilə tanınmağa başlamışam. Heç vaxt pul verib efirə çıxmamışam. Mən o qazandığım pulları mahnılarıma, radioya vermişəm. Mahnı tanınandan sonra efirlər özləri çağırıblar. Yeni çıxan müğənnilərə də bunu məsləhət görürəm. Müğənnini pul kimi tanımamalıdırlar”.   Şəxsi həyatından da danışan Günay hələlik toya hazırlaşmadığını deyib:   "Hələ toy planımız yoxdur. İndi də efirdən məni izləyir, onu salamlayıram. Bizim küsməyimiz 1 saat çəkir. Həddən artıq çox qısqancdır. Ən çox geyim üstündə dalaşırıq. Ancaq bir şeydən rahatam ki, çox gözəl zövqü var. Geyimlərimin seçimində mənə kömək edir. Mahnıları da birgə seçirik. O, mənim həm dostum, həm sirdaşım, həm də sevgilimdir. Hər şeyimdir o mənim…”.     

Xəbər lenti