Sentyabrın 15-də boşanan Hollivud ulduzları Bred Pittlə Ancelina Colinin qızları Şaylo cinsiyyətini dəyişir.
Mynews.az xarici mediaya istinadən xəbər verir ki, məşhur cütlüyün 11 yaşlı qızı artıq bunun üçün müalicəyə başlayıb. Saçlarını qısa kəsib, oğlan paltarları geyinən Şaylonun adını da Con və ya Piter kimi dəyişəcəyi bildirilir.
Qeyd edək ki, Ancelina Coli müsahibələrinin birində qızının bu istəyinə hörmətlə yanaşdığını demişdi:
"Şaylo oğlan olmaq istəyir. Ona görə onun saçını qısa kəsirik. O, idman üslubunda və şalvar geyinməyi sevir. O, qardaşları kimi olduğunu deyir. Düşünürəm ki, qızımda aktrisalıq güclüdür. Çünki mən də uşaqlıqda onun kimi bəzənib geyinirdim və bütün günü atılıb düşürdüm".
Bred Pitt isə bunu Şaylonun şıltaqlığı adlandırmış, onun bu fikirdən daşınacağını düşündüyünü dilə gətirmişdi.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub