"Barselona"nın argentinalı ulduzu Lionel Messi nişanlısı, uşaqlıq dostu Antonella Rokkuzzo ilə evlənir.
Mynews.az xarici KİV-ə istinadən məlumatına görə, toy sabah Messinin doğulduğu Rosario şəhərində keçiriləcək. Medianın "İlin toyu" adlandırdığı mərasimə dünyanın hər bir yerindən məşhurlar gələcək. Qonaqların ümumilikdə 260 şəxsi təyyarə ilə gələcəyi deyilir.
Eləcə də, 300 mühafizəçi, 60 ölkədən olan 150 jurnalist də Argentinaya gediblər. 700-dən çox qonağın qatılacağı toydan yığılacaq məbləğ Messinin yaratdığı yardım fonduna köçürüləcək.
Qeyd edək ki, 30 yaşlı Messi 28 yaşlı Antonella ilə 2009-cu ildən sevgilidir. Onların 4 yaşlı Tyaqo və 1 yaşlı Mateo adlı övladları var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub