Nura Surinin bütün gizlinləri ÜZƏ ÇIXDI

619
Nura Surinin bütün gizlinləri ÜZƏ ÇIXDI

Bir çox sənətçilərin qazandıqları şöhrətdən başları gicəllənir və qeyri-sağlam həyat tərzi sürməyə başlayır. Onlardan fərqli olaraq müğənni Nura Suri düzgün həyat tərzinin qaydalarına ciddi şəkildə əməl edir. Artist bununla kifayətlənməyib onun təbliği ilə də məşğul olur.

Bəs 3 oğul anası olan Nura Surinin gənc və gözəl görünməsinin sirləri nədən ibarətdir? Ulduzun gözəllik ayinlərinə bunlar daxildir: idman, sağlam qidalanma, su, dəri baxımı, meyvə və masaj.

Publika.az xəbər verir ki, tanınmış ifaçı sosial şəbəkədə izləyicilərini gözəllik sirləri ilə agah edib.

1. İdman

Sənətçi hesab edir ki, arıqlamaq istəyən xanımlar ağır çəkidən istifadə etməməlidir:

"Əgər arıqlamaq üçün məşq edirsinizsə, ağır çəkidən istifadə etməyin. Mütləq şəkildə kardioya üstünlük verin. Qaçmaq yox, tez-tez yürüş daha məqsədəuyğundur. Mən “lıjı”nı daha çox sevirəm. Hər yürüşdə ən azı 2-3 kilometr məsafə qət etməlisiniz. Əgər idmana getmirsinizsə, gün ərzində nə qədər məsafə yeridiyinizi göstərən xüsusi qolbaqlardam istifadə edin. Bu tip qolbaqlarla Dənizkənarı Milli Parkda da gəzintiyə çıxa bilərsiniz".

2. Su

41 yaşlı məşhur əmindir ki, əgər su içməsiniz, heç bir gözəllik proseduru səmərəli olmayacaq:

"Bəlkə də hamı bunu deyir ancaq siz fərqinə varmısınız. Su çox vacib amillərdən biridir. Gün ərzində çoxlu su qəbul edin. Aclıq hiss etdikdə su içsəniz və qidanı 20-30 dəqiqə sonra qəbul etsəniz, daha az yemək yedinizin fərqinə varacaqsınız. Su ilə siz bir az doymuş olursunuz və aclıq hissiniz azalır. Ac da olsanız çox yemək yeyə bilməyəcəksiniz.

Səhər acqarına da su için. Amma birdən yox, qurtum-qurtum içməyiniz məsləhətdir. Hər səhər 1-2 stəkan su için... Suyu qəbul etdikdən 30-40 dəqiqə sonra yemək yeyə bilərsiniz".

3. Meyvə

Meyvəni isə müğənni adətən günün ilk yarısında qəbul etməyi məsləhətli görür:

"Axşam meyvə yeməyin. Axşamlar daha çox, gecə yatmazdan əvvəl kəsmik və ya qatıq yeyin, ayran da içmək olar. Ayranı gün ərzində də içməyiniz xeyirlidir".

4. Masaj

İdmandan əlavə mütəmadi olaraq masaj etdirən Nura Suri onun əhəmiyyətini belə vurğulayıb:

"Əgər dərialtı selulit, yəni piy toxumları varsa, tək idmanla bunu yox etmək mümkün deyil. Bura mütləq masaj əlavə olunmalıdır. Masajları da həm aparat, həm də əllə etmək olar. Əgər 10 günlük masaj kursu keçirsinizsə, onlardan 5-i yağlı, 5-i balla etdirmək daha yaxşı olar. Yəni bir gün yağlı, bir gün ballı masaj və təbii ki bürünmə... Bunu öz təcrübəmə əsaslanaraq deyirəm. Bioshape aparatı bu yolda sizə çox yardıçmı ola bilər. Çəkinizdən asılı olaraq, həftədə iki dəfə olmaqla bu aparatdan 6-10 seans istifadə edə bilərsiniz. Siz həmçinin bir gündən bir mio-stumulasiya edə bilərsiniz. Təxminən 8-10 seans stimulasiya kifayət edər.

Mən bioshape aparatından istifadə etdiyim gün yağlı masaj da edirdim. Mio-stimulasiya etdiyim gün isə ballı masaja üstünlük verirdim və seansın sonunda bürünüb, iki saat saxlayırdım.

Mən artıq 6 biosheyp seansı keçirmişəm, daha 2 seansda edəcəyəm. 8 yağlı masaj, 8 ballı masajdan istifadə etmişəm. Hazırda özümü çox gözəl hiss edirəm və formadayam".

5. Dəri baxımı

N.Suri üzünü dartdırmayan, heç bir maddə vurdurmayan, bununla belə öz təbii gözəlliyini qoruyan saxlayan nadir məşhurlardandır. O, etiraf edir ki, üzünə heç vaxt botoks vurdurmayıb. Səbəbini isə belə izah edib:

"Mən üzümə botoks vurmuram və mezodan istifadə etmirəm. Çünki hilarion turşusuna allergiyam var. Üz prosedurlarında çalışıram ki, tərkibində kallogen olan maska və kremlərdən daha çox istifadə edim. Əgər üzünüzdə qırışlar əmələ gəlirsə, siz necə deyərlər dədə-baba üsulu ilə, yəni əl masajla o qırışları aradan qaldıra bilərsiniz. Mən aparat prosedurlarından da istifadə etmişəm. Bu üz üçün olan mio-stumulasiyadır. Hansı ki, üz əzələsini bərkidir və üzü formada salayır. Demək, üzdəki qüsurlardan azad olmaq üçün 20 dəqiqə radio-lifting, 20 dəqiqə mio-stimulasiya və 20 dəqiqə əl masajına üstünlük verin. Bu proseslərin üzərindən maska qoyulur və 15 dəqiqə saxlanılır. Bütün bunları etmək üçün mən hər gün oyanıb estetik mərkəzə gəlirdim və bütün günü bu proseslərdən keçirdim. Sonra mərkəzin içində fəaliyyət göstərən gözəllik salonunda saçımı formaya salırdım. Sonda isə gəlib rahat şəkildə makiyajımı edirdim, libasımı seçib, yollanırdım işə. Əslində gün ərzində bu sadaladıqlarımı rahat şəkildə çatdırmaq olar. Çünki siz bunu hər gün yox, seans şəklində, 10-12 gün ərzində edə bilərsiniz. Bütün bunlar sizi ideal formaya salacaq. Sözsüz ki, bunlarla paralel qidanıza da diqqət yetirməlisiniz".

6. Sağlam qidalanma

Sözsüz ki, sağlam qidalanmanı unutmaq olmaz. Heç vaxt pəhriz saxlamadığını bildirən ifaçı məsləhətlərini belə yekunlaşdırıb:

"Yenə də vurğulayıram mən heç vaxt pəhrizdən istifadə etməmişəm. Sadəcə düzgün qidalanmışam. Yuxarıda vurğuladığım kimi çoxlu su için. Əgər dadı olmadığı üçün siz də mənim kimi suyu sevmirsinizsə, o zaman içərisinə çoxlu meyvə əlavə edin. Dükandan alınmış təmiz suyu (qaynadılmız və krandan gələn su olmaz) qrafinə doldurursunuz və içərisinə mövsüm meyvələri əlavə edib, gecə soyuducuya qoyursunuz. Həmin meyvələr səhərə qədər vitamin və minerralarını o suyun içərinə verəcək. Səhər də oyanıb, gün ərzində o suyu içə bilərsiniz... Özünüzə baxın və hər zaman gözəl olun!"

Xəbər lenti