Müğənni Sevda Yahyayeva "5/5" verilişinin qonağı olub.
Mynews.az axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal ifaçını İnstaqramda canlı yayıma tez-tez girdiyi üçün qınayıb:
"Gecənin bir aləmində nə vaxt baxıram canlı yayımdasan. Nə ləzzət alırsınız İnstagram-dan? İnsan əlçatmaz olmalıdır, səni görməsələr yaxşıdır. Girməyin, adam ucuzlaşır, adiləşir. Səni evdə bəzəksiz görürlər. Evinin "oboy"u da cırıqdır, camaat da baxır. Anan yandan çıxıb nəsə deyir. Nəyə lazımdır bunlar?".
S.Yahyayeva isə aparıcının sözlərinə etiraz edib. O bildirib ki, izləyiciləri ilə ünsiyyətdə olmağı xoşlayır:
"İnsan sadə olmalıdır. 700 minə qədər insan məni izləyir. Girirəm ünsiyyətdə oluram, sualları cavablandırıram. Evim isə təmirdədir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub