3 ildir Phuket adasına köçüb yaşayan aktrisa Leyla Bilginel Bodrumda görüntülənib.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, Leyla jurnalistlərə müsahibə verib.
Sperma bankından uşaq sahibi olan Bilginel həyatından məmnun olduğunu bildirib:
"Phuketdə sadəcə 30 kvadratlıq bir evdə yaşayıram. Nə qabyuyan, nə paltaryuyan maşınım, nə də televizorum var. Paltarları əlimdə yuyuram, ya da təpikləyirəm. Amma belə də xoşbəxtəm. Stressdən, əsəbdən uzağam. Bütün vaxtımı oğluma sərf edirəm".
Ərə getməsi ilə bağlı xəbərlərə Leyla belə cavab verib:
"Uzun müddətdir İstanbulla Phuket adası arasında qalmışam. Ərə getdiyimi düşünürlər. Bu vaxtdan sonra nə ərə gedəcəm, nə də uşaq doğacam. Keçmiş həyatımı azdan-çoxdan bilirsiniz. Əyləncəni sevən biri idim. İndi isə həyatımda içki, sevgi, sevgili, seks...heç nə yoxdur ".
Aktrisa gələcək planlarından da danışıb. O, 40 yaşından sonra oğlu ilə birgə dünya səyahətinə çıxmaq və yoxsulluq içərisində olan uşaqlara kömək etmək niyyətindədir. Leyla yazdığı kitabdan gələn pulları da onun üçün topladığını bildirib.