Gənc azərbaycanlı müğənni Nadia Mikayıl Dağıstan Respublikasının Dərbənd şəhərindəki çıxışından sonra Mahaçqala şəhərinə - ermənilərin toyuna dəvət alıb.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, dəvətin əsas səbəbi isə ifaçının yeni “Dumdarum” adlı mahnısının həddindən artıq bəyənilməsidir.
Müğənninin sözlərinə görə, o, bu təklifdən imtina etsə də, xoşagəlməz vəziyyətlə üz-üzə gəlib.
“Mənimlə əlaqə saxlayaraq, məclislərinə gəlməyimi xahiş etdilər. Suallarıma cavab olaraq bildirildi ki, Mahaçqala şəhərində baş tutacaq toyun sahibləri ermənilərdir. Mən isə mədəni şəkildə rədd cavabı verdim və məni bir daha narahat etməmələrini xahiş etdim. Bundan sonra müxtəlif nömrələrdən qeyri-adekvat insanlar mənə mütəmadi olaraq zənglər etməyə başladılar. Buna görə nömrəmi dəyişməyə məcbur oldum”, – deyə Nadia Mikayıl qeyd edib.
Qeyd edək ki, Nadia Mikayıl xüsusən Dağıstanda məşhur olan azərbaycan əsilli gənc müğənnidir. O, qeyri-adi mahnıları və obrazları ilə yadda qalıb. Azərbaycanda isə Nadia “Cənab leytenant” və Elvin Babazadə ilə birlikdə səsləndirdikləri “Rak tak tak” mahnıları ilə tanınır.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub