Bu gün müğənni Doğuşun ad günüdür.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, ifaçının həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı onu sosial şəbəkədə təbrik edib.
O, sevgi etirafı edərək bunları yazıb:
"Bilmirəm haradan başlayım, harada bitirim. Mərhəmətli, sevgidolu, kindən uzaq olan insan, nə yaxşı dünyaya gəldin. Dostluqda, münasibətlərdə sədaqətli insan, həyat səni çox çətinliklərlə üz-üzə qoyub: anasız, atasız yaşamaq, təkbaşına həyatla mübarizə aparmaq, qısqanc, paxıl, dırnaqarası dostların pislikləri... Amma bütün bunlara qalib gəlmisən, ayaqda qalmaq, istədiyin mərhələyə çatmaq mübarizəsindən əl çəkməmisən. Sənin kimi güclü iradəyə sahib, mərhəmətli bir insanla birlikdə olduğum üçün Rəbbimə minnətdaram. Nə yaxşı doğuldun və bizimləsən. Arda və Arının güclü atası".
Qeyd edək ki, Doğuş və Xoşqədəm 2014-cü ildə ailə qurublar. Onların 2016-cı ildə əkizləri dünyaya gəlib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub