Naomi Kempbel onun keçmiş milyarder sevgilisi ilə intim görüntüləri yayılan Rihannanın ünvanına xoşagəlməz ifadələr səsləndirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünya şöhrətli model sevgilisini əlindən alan 29 yaşlı müğənniyə əsəbiləşib. 47 yaşlı Naomi Rihannanı instaqramda bloka salıb.
İngiltərənin “The Sun” qəzeti iddia edir ki, Rihannanın köhnə dostu Naomi Kempbellə münasibətləri korlanıb. Model müğənni haqqında xoşagəlməz fikirlər səsləndirib.
Xatırladaq ki, bir neçə gün əvvəl Rihannanın İbizada ərəb iş adamı Həsən Cəmil ilə hovuzda öpüşməsi maqazin gündəminə bomba kimi düşmüşdü. Cütlüyün instaqramda yayılan şəkilləri müzakirələrə səbəb olmuşdu.




1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub