Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı xoşagəlməz qalmaqal səngimək bilmir. Səsləndiridyi nalayiq ifadələrə görə xanəndəyə təkcə həmkarları deyil, digər tanınmış sənət adamlarından da tənqidlər gəlib.
Xalq artisti Rasim Balayev də qalmaqala biganə qalmayaraq məsələyə öz münasibətini bildirib.
Mynews.az musavat.com-a istinadən xalq artistinin rəyini təqdim edir:
"Canəliyə siyasi baxımdan o qədər artıq ordenlər veriblər ki, o, qudurub. Üstəlik, onun heç oxumağı da yoxdur. O, elə həmişə onun-bunun dalınca danışıb, durub".
Xatırladaq ki, xanəndə Canəli Əkbərov muğam televiziya müsabiqəsinin münsiflər heyətində yer ala bilmədiyi üçün həmkarları Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova barəsində ağır, təhqiredici ifadələr işlədib.
1
İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verildi
428 dəfə oxunub
2
İstanbulda güclü fırtına: 40-dan çox təyyarə başqa hava limanlarına yönləndirilib
419 dəfə oxunub
3
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
272 dəfə oxunub
4
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
271 dəfə oxunub
5
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
269 dəfə oxunub