“Diana ilə bağlı bircə şey deyə bilərəm ki, onun stilini bizdə qəbul etməyəcəklər. Ən yaxşısı o, gedib klublarda oxusun”.
Mynews.az axşam.az-a istinadən məlumatına görə, bu sözləri “Eurovision 2011” müsabiqəsinin qalibi Nigar Camal “ATV maqazin onlarla” verilişində deyib.
Müğənni müsabiqədə ölkəmizi bu il təmsil edən Diana Hacıyevanı tənqid edib. O bildirib ki, həmkarının çıxışını heç bəyənməyib:
“Onu “Eurovision"da da bəyənmədim. Mahnısı gözəl idi, ifasını xoşlamadım. Sözlərini, səhnədə davranışlarını anlamadım. Deyirdim, səhnədə bir az seksual qadın olacaq, amma soyuqqanlı idi. Diana səhnə üçün maraqlı idi, mənfi tərəfi o oldu ki, jurnalistlərə soyuq davrandı.
İstərdim ki, heç olmasa onluğa düşərdik. Bizimkilər xoşlayır desin ki, bu müsabiqədə siyasət rol oynayır. Yaxşı, birinci, ikinci yer siyasətdən asılıdır. Bəs onluğa düşmək? O da siyasət deyil axı. İki həftə müsabiqə keçirilən yerdə qalırlar, jurnalistlərlə mehriban olsunlar".
Nigar Diana ilə sonuncu dəfə 2010-cu ildə "Eurovision"ın milli seçim turunda rastlaşdığını söyləyib.
İfaçı müsabiqədən qayıdan həmkarlarının sənətdən uzaqlaşmasından söz açıb:
“Eurovision"dan sonra işləmk, prodüser tapmaq çətindir. Bizdə yaxşı prodüser yoxdur. Mahnılar, kliplər bahadır. “Eurovision” məktəbi o qədər yüksək səviyyədədir ki... Orada bizə ulduz kimi davranırlar. Ondan sonra bizim şou-biznesə qayıtmaq çətindir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub