“Eurovision 2011”-in qalibi Nigar Camal ölkəmizi bu il adıçəkilən müsabiqədə təmsil edən Diana Hacıyevanı tənqid edib.
Mynews.az-ın BAKU.WS-ə istinadla məlumatına görə, ifaçı bu barədə “ATV maqazin onlarla” verilişində danışıb. N.Camal Diananın stilini Azərbaycanda qəbul etməyəcəklərini deyib. O, həmkarının səhnədə hərəkətlərini başa düşmədiyini və jurnalistlərə qarşı soyuq davrandığını deyib.
“Onu “Eurovision”da da bəyənmədim. Mahnısı gözəl idi, ifasını xoşlamadım. Sözlərini, səhnədə davranışlarını anlamadım. Deyirdim, səhnədə bir az seksual qadın olacaq, amma soyuqqanlı idi. Diana səhnə üçün maraqlı idi, mənfi tərəfi o oldu ki, jurnalistlərə soyuq davrandı. İstərdim ki, heç olmasa onluğa düşərdik. Bizimkilər xoşlayır, desin ki, bu müsabiqədə siyasət rol oynayır. Yaxşı, birinci, ikinci yer siyasətdən asılıdır. Bəs onluğa düşmək? O da siyasət deyil axı. İki həftə müsabiqə keçirilən yerdə qalırlar, jurnalistlərlə mehriban olsunlar”.
İfaçı müsabiqədən qayıdan həmkarlarının sənətdən uzaqlaşmasından söz açıb: “Eurovision”dan sonra işləmək, prodüser tapmaq çətindir. Bizdə yaxşı prodüser yoxdur. Mahnılar, kliplər bahadır. “Eurovision” məktəbi o qədər yüksək səviyyədədir ki... Orada bizə ulduz kimi davranırlar. Ondan sonra bizim şou-biznesə qayıtmaq çətindir”.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub