Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Telman Əliyev qəflətən dünyasını dəyişib.
Mynews.az ölkə.az-a istinadən məlumatına görə, bir neçə dəqiqə əvvəl vəfat edib.
Xəbəri əməkdar artistin həmkarları məlumatı təsdiqləyiblər.
Xatırladaq ki, Telman Əliyev 1 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Gəncə Dövlət Dram Teatrının səhnəsində Bəhram ("Solğun çiçəklər" Cəfər Cabbarlı), Baloğlan ("Almaz" Cəfər Cabbarlı), Şeyx Alı ("Vaqif" Səməd Vurğun), Məşədi İbad ("Məşədi İbad" Üzeyir Hacıbəyov), Əliqulu ("Əliqulu evlənir" Sabit Rəhman), Xurşidbanu Natəvanın oğlu ("Xan qızı" F.Əliyarbəyli), Əziz ("Qatır Məmməd", Zahid Xəlil), Sabir ("Yeddi oğlan və bir qız" R.Ağayev), Molla Sadıq ("Dəli Kür" İsmayıl Şıxlı) və s. rolları oynamışdır. 2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bu teatrda Balaxan ("Aydın" Cəfər Cabbarlı), Şüeyb ("Ulduz, yaxud Ədirnə fəthi" Cəfər Cabbarlı), Baba ("Poçt şöbəsində xəyal", Elçin), Qüdrət Qurbanoviç ("Köhnə ev", Əli Əmirli), Yoldaş Əmrah ("Bu dünyanın adamları", Hidayət), Teromen ("Fedra", J.Rasin), Sintizator ("Hələ "Sevirəm" deməmişdilər", Ramiz Novruz), Qulamoğlu ("Hərənin öz payı", Xeyrəddin Qoca), Dilənçi ("Varlı qadın" Əli Əmirli), Şeyx Əhməd ("Ölülər" Cəlil Məmmədquluzadə), serjant ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. rolları oynamışdır. "Bir aktyorun teatrı" ( Araq düşkünü), "Bahar-99" (Məşədi) teletamaşalarına və "Şeytan içimizdədir" (şöbə rəisi), "Yük" (Duxançı), "Bizi dağlarda axtarın" filmlərinə çəkilib.
Allah rəhmət eləsin!
1
Azərbaycanda gecələr bu tarixədək UZANACAQ
547 dəfə oxunub
2
Bayraktar pilotsuz döyüş təyyarəsi dünyada ilkə imza atdı
512 dəfə oxunub
3
Azərbaycanlı aktyor Qazaxıstanda qəzaya düşdü
497 dəfə oxunub
4
Əli Kərimlini hansı cəza gözləyir?
459 dəfə oxunub
5
Pensiyaların hesablama qaydası dəyişdi - QƏRAR
458 dəfə oxunub