ATV-də yayımlanan “Məryəm” serialının baş qəhrəmanı, gənc aktrisa Günəş Mehdizadə həyat yoldaşı ilə birgə avtomobil qəzasına düşüb.
Açıqlama verən aktrisanın həyat yoldaşı və uşaqları ilə birgə Gürcüstana istirahətə gedərkən ölümlə üz-üzə qalıblar:
“İstirahətə yollanmışdıq, hər şey burnumuzdan gəldi. Batumi yolunda həyat yoldaşımın idarə etdiyi avtomobil donuzla toqquşdu. Hava çox pis idi, yağış yağırdı, aşırımda qəfildən yolumuza iri bir donuz çıxdı. Təşviş içində qışqırdıq, amma gec idi. Donuz üç dəfə fırlandı. Yaxşı ki, ölmədi, qalxıb qaçdı. Avtomobilin sol tərəfi əzildi. Bizi Allah saxladı, ölümdən döndük”.
Aktrisa maddi ziyana düşdüklərini deyib:
“Avtomobilin bir tərəfi yoxdur; təsəvvür edin ki, o boyda donuzla toqquşan maşın necə olar”. //Yenicag
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub