Rəqqasə Oksana Rəsulova “Maşın” realiti-şousundakı iştirakından danışıb.
Mynews.az-ın məlumatına görə, sənətçi “ATV kulis”ə açıqlamasında deyib ki, oyunda yer alan rejissor Aqil M.Quliyev və aktyor İslam Mehrəliyev onu məyus edib:
“Şoudan sonra hələ də özümə gələ bilməmişəm. Oyuna qatılmazdən əvvəl dostlarla oturanda fikirləşdim ki, kimdən mənə zərbə gəlməz? Dörd ad çəkdim, onlardan ikisində yanıldım. Aqil M.Quliyev və İslamdan elə hərəkət gözləmirdim. Fərda Xudaverdiyev və Nadir Qafarzadə isə məni yanıltmadı. Həmin insanlarla danışıram da, üz-üzə gəlirəm də. Kimdənsə incimişəmsə, içimdə saxlamışam. Bəzilərinə keçmişəm, amma biri var səhvini başa düşmür. Onu həyatımdan uzaqlaşdırdım”.
O.Rəsulova finala yaxınlaşanda iştirakçılar İ.Mehrəliyev və Elcan Rəsulova pul təklif etməsinə aydınlıq gətirib:
"Çoxları buna görə məni qınadı. Amma bu söhbət əvvəl də olmuşdu. 18 gün içində o qədər efirə verilməyən şeylər danışıldı ki... Biri qarğış etdi, biri tənqid. Maşın gözümdən o qədər düşdü ki... İstəsəydim avtomobili udardım. Bir ayaq üstə belə durub onu qazanardım. Pul söhbətinə gəldikdə, mən qalib olsaydım üç yerə bölərdim. Elcan da dedi ki, qalib olum, masın sizə qalsın. Amma İslam əvvəl dedi yarısını istəyirəm, sonra axıra qədər qalmağa qərar verdi".
Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub