“Problemlərim olurdu, ölkədən tez-tez getmək məcburiyyətində idim. Bu da serialdakı yaradıcı heyətə çətinlik yaradırdı. Mən qayıdanda hamı yığışır, çəkilişlər edilirdi. Mövsümün sonu idi, fikirləşdim ki, dayandırım. Yeni serial olsa, iştirak edəcəm".
Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Vüsalə Əlizadə "ATV kulis" verilişində deyib.
O, "Qardaşlar" serialından ayrılmasının səbəbindən danışıb. O bildirib ki, ekran işindən səhhətindəki problemlərə görə uzaqlaşıb:
"15 ildir böyrəkköçürmə əməliyyatı olmuşam. Tez-tez yoxlanmalıyam. Bir ara soyuqqanlılıq etdim. Sonra gördüm yox, alınmır. Həkimə getdim, bəzi qadağalar qoydu, çox işlədiyimi dedi. Övladım üçün qadağalara əməl etməliyəm".
Vüsalə dost xəyanətindən söz açıb:
“Dost xəyanəti görmüşəm. Çox pis olmuşam. İndi də o xanım ətrafımdadır, amma yaxınıma buraxmıram, sərhəd qoymuşam. Arxamca məni çox istəyən başqalarının yanında elə şeylər danışmışdı ki... Onu evimə belə buraxırdım, çox yaxın idik. Mənim paxıllığımı çəkirmiş".
Aparıcı həyat yoldaşından ayrıldıqdan sonra efirdən uzaqlaşmasından danışıb:
"Bir ile firdə olmadım. Bu da həyatımda olan ayrılıq ərəfsində oldu. Ürəkbulandırıcı şeyləri sevmirəm. Əlbəttə, ayrılıqdan sonra depressiyam olub. Kim deyirsə depressiyaya düşmürəm, yalandı. Bilin ki, insan ayrılqıdan sonra ölüb-dirilib".
V.Əlizadə "Ailənin yükünü daşımaq bir qadın üçün ağırdır. Bəlkə bunu kimləsə paylaşasan" sualına belə cavab verib:
"Hər bir xanımın həyatında biri olmalıdır. Kimsə olsa, onla həyatı paylaşaram. Azərbaycanda ayrılan xanımlar çoxdir. Amma güclüdürlər. Qadınlar zərifdi, amma zəif deyil".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub