Aparıcı vüsalə Əlizadə sosial şəbəkə izləyicilərinin tənqidinə tuş gəlib.
Mynews.az-ın məlumatına görə, izləyiciləri onu Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 18 aylıq Zəhra ilə bağlı paylaşım etmədiyi üçün qınayıb.
Vüsalə məsələyə münasibət bildirərək bunları deyib:
“Allah Zəhra balaya rəhmət eləsin. Bu hadisəyə üzülməmək eşşəklik olar. Necə həssas insan, ana, vətənpərvər olmağımı özüm, ailəm və mənə yaxın insanlar yaxşı bilir. Bu, mənə kifayətdir.
Bəzi səviyyəsiz alçaqlar mənə ağıl öyrətməsin. Biz də insanıq. Ailəmizdə, sağlamlığımızda problem ola bilər. Dünən səhər saatlarında şəkil paylaşanda heç nədən xəbərim yox idi. Axşam bu hadisədən xəbər tutmuşam. Şərəfsizcəsinə pul qazanan, kişilikdən xəbəri olmayan bəzi saytlar, bu hadisədən axşam xəbər tutmuşam. Bizə erməni lazım deyil, sizin kimi alçaqlar bəsdir. Gücünüz çatır gedin məmur ailələrinin, uşaqlarının rəsmi səhifələrinə ilişin. Heç biri paylaşım etməyib. Onlar daha çox rahat həyat yaşayır. Biz də sizin kimi qəpik-quruş qazanıb daşdan pul çıxardırıq, ailə-uşaq saxlayırıq. Nə gözünüzə girmişik, başınıza daş salmışıq?
Vüsalə xəstə uşaqlara dəstək olanda, balasının boğazından kəsib tək qadın canıyla köməklik edəndə kimsə "halal olsun" demir. Mənim də ailəmdə problem olub. Bütün günü instaqramda yatmalı deyiləm ki... Allahım şahiddir ki, dünən axşam xəbəri eşidib balamı qucaqlayıb nə qədər ağlamışam. Çünki o ananın yerinə sabah mən də, siz də ola bilərsiniz. Allah qorusun. O ailənin dərdi hamımızın dərdidir. İçimizdən özümüzü az yeyin, ay murdarlar”.
Axşam.az