Dollarla bağlı kritik məlumatlar açıqlanacaq

600
Dollarla bağlı kritik məlumatlar açıqlanacaq

Bu gün saat 16:30-da investorların bir həftədir böyük maraqla gözlədikləri, Amerikanın əmək bazarı ilə bağlı statistik məlumatlar açıqlanacaq.

Mynews.az İnvestaz-a istinadən xəbər verir ki, ABŞ-da qeyri-kənd təsərrüfatı sahələrində məşğulların sayı iyun ayında 158 000 nəfər artıb. Bu isə may ayının 230 000 nəfərlik artım sayından və maliyyə bazarlarında gözlənilən 185 000 nəfərlik artım sayından çox aşağıdır. Beləliklə, göstərici cari ilin minimum səviyyəsinə kimi azalmaqla yanaşı, Amerikanın əmək bazarında müşahidə edilən yaxşılaşmanın dinamikasında da azalmanı göstərir.

Maliyyə bazarlarında isə mütəxəssislər ABŞ-ın qeyri-kənd təsərrüfatı sahələrində iş tapanların sayında (ing.: “NFP”) artımın iyun ayında 179 000 nəfər olacağını proqnozlaşdırırlar. May ayında isə “NFP” üzrə artım 138 000 nəfər olmuşdu. Ümumiyyətlə, Amerikanın işsizlik səviyyəsi son 16 ilin minimum səviyyəsinə kimi azalsa da, iş yerlərinin artım dinamikası keçən ilin iyun ayından etibarən 292 00 nəfərdən 11 000 nəfərə kimi azalıb. Bu göstərici hətta 2015-ci ilin noyabr ayında 353 000 nəfərə çatırdı.

Beləliklə, son müddət Amerika iqtisadiyyatında inflyasiyanın FES-in 2%-lik hədəfindən uzaqlaşması ilə bərabər, yeganə müsbət tendensiya müşahidə edilən işsizlik səviyyəsi fonunda şübhələr də arta bilər. Lakin yenə də bu gün açıqlanacaq əmək bazarı ilə bağlı rəsmi statistik məlumatları gözləmək və sürprizlərə hazır olmaq lazımdır. 

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti gözlənildiyi kimi, ucuzlaşmaqda davam edir. Belə ki, dollar indeksi cari həftə ərzində 1.0%-ə kimi ucuzlaşıb. Foreks bazarlarında dolların ucuzlaşması avronun da 1.1424$-a kimi bahalaşmasına təsir edib və yenidən 1.1445$-a kimi bahalaşarsa, əlavə olaraq 1.1540$-a kimi də bahalaşacağı proqnozlaşdırılır.
 

Xəbər lenti