"Hər şey daxil" verilişinin aparıcıları Sevil-Sevinc müğənni Rəqsanə İsmayılovanın Moskvada yerləşən villasında qonaq olublar.
Çəkiliş zamanı ifaçının kiçik qızı Yağmur da orada olub:
"Adımı bacım Aysun qoyub mənə. Evdə esas yeməkləri anam bişirir. Anamı bacıma qısqanıram".
Rəqsanə efirlərdən uzaq düşməsindən söz açıb:
"8 aydır ki, heç bir verilişə çıxmıram. Məni görənlər hamı ancaq bu barədə soruşur. Bu vaxt ərzində boş oturmamışam, çoxlu işlər görmüşəm. Müğənni olmaq çox çətin peşədir. Hər bir qadına ailə lazımdır. Nə qədər özümüz pul qazansaq da ... Bizim pul dəyərsizdir. Bu sənətdə ailə ilə uzlaşmır. Amma bu sənət həm də etibarsızdır bir az. Gərək hörmətli şəkildə geri çəkilmək lazımdır. İstəmərəm qızlarım müğənni olsun. Hansı kişi qəbul edər ki, həyat yoldaşı səhər saat 5-də evə gəlsin. Mən sənətə başım daşdan-daşa dəyə-dəyə gəlmişəm. Yıxılana hamı balta vurur. Çox zaman efirlərdə aqressiv çıxışlarım olub. Onlara cavab verməyən hamı elə bilir qorxaqsan.
Bu gün çox xoşbəxtəm. Ailəm var. Məni sevən insan övladlarıma atalıq edir və öz himayəsinə götürüb".










1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub