“Kara Sevda”nın Emiri kimi tanınan Kaan Urgancıoğlu serialda atası rolunda çəkilən aktyor Burak Sergenlə birlikdə Bodrumda istirahət edir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial bitsə də, ulduzların dostluğu bitməyib. Kaan Urgancıoğlu Bodruma sevgilisi Zeynəb Oymak, Burak Sergen isə xanımı Cansu və uşaqları ilə gəlib.
Qeyd edək ki, aktyor adıçəkilən serialda mənfi rol oynamasına baxmayaraq, xanımlar tərəfindən hədsiz bəyənilməsini belə izah edib:
"Əslində Emir bir qadına pislik edir və onun sevdiyi insanla münasibətlərinə mane olur. Amma yenə də qadınlar onu çox sevdi. Məncə, qadınlar ondan əl çəkməyən kişiləri axtarır. Emir də əl çəkmədi. Qadınların çoxu Nihanın yerində olmaq istəyərdi. Ssenaristlər insan psixologiyasını çox gözəl bilir. İnsanları manipulyasiya etməyi bacarır. Emir də ssenarinin bir xarakteridir. Məni görən hər kəs Emirin sözlərindən nə qədər təsirləndiyini söyləyir. Mən Emir deyiləm, amma hər serialdan və ya filmdən sonra eyni Kaan da olmuram”.



1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub