Cennifer Lopesin 47 yaşı var, amma müğənni indiyədək musiqi sənayesində ən qibtə ediləsi bədən quruluşuna sahib olan ulduzlardan biri sayılır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Cennifer Lopes Nyu-Yorkda keçirilən “Fireworks Spectacular” konsertində səhnəyə olduqca cəsarətli geyimdə çıxıb. Paltarın hər iki kənarında dərin yarıqlar olmasına baxmayaraq, Ceylo bütün gecə boyu rəqs edib. O, paltarını platform ayaqqabılarla tamamlayıb. Onu izləməyə gələnlər arasında 44 yaşlı sevgilisi Aleks Rodrigez də olub.
Dünya şöhrətli ulduzun geyimi tanınmış model Kendal Jennerin 2014-cü ildə “Music Awards” mərasiminə geyindiyi ağ paltarın qara versiyası olub.



1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub