"Fialnkəs nə deyər?"dən başlayıb, böyük reklam lövhələrinə kimi hər şey insanlarda komplekslərin yaranmasına şərait yaradır. Komplekslər xarici görünüşdən başlayıb, mənəvi çatışmazlıqlara qədər gedib çıxır. Sadə insanlarla yanaşı, məşhurların da öz kompleksləri var.
"Qaynarinfo" bəzi məşhurlarımızın komplekslərini öyrənib.
Oksana Rəsulova: "Kompleks yaxşı şey deyil. Məncə, hər insanda az da olsa, kompleks olmalıdır ki, gələcəkdə onun üzərində işləməyə başlasın və yaxud işləsin. Ümumiyyətlə komplekssiz insan yoxdur. Bəzilər düşünür ki, bu xüsusiyyət onlarda yoxdur. Lakin mən bu fikirlə razı deyiləm. İnsanların bədənlərində və ya danışıqlarında kompleksi ola bilər. Bu siyahı çox uzundur. Mənim də bəzi komplekslərim var. Bunları açıqlamaq istəməzdim, çünki bu şəxsi bir şeydir. Onları düzəltməyə çalışıram. Bir də kök olmağım məni kompleksə salır. Hiss edəndə ki, 2-3 kiloqram kökəlmişəm, istədiyim geyimi geyinə bilmirəm. Çalışıram həmin zamanlarda uzun və boş paltarlar geyinim. Bunun yaranmaması üçün də daim çəkimə nəzarət edirəm".
Göyçək Fatimə: "Mənim heç bir kompleksim yoxdur. Nə olub ki, mənə? Kukla kimi qızam".
Rüfət Axundov: "Kompleks məndə də var. Elə olur ki, düşürsən maşından görürsən , ayaqqabın, şalvarın çirklənib, yaxud saçın səliqəsizdirs qalstukunu düzgün taxmamısan, həmin vaxt kompleksə düşürəm. Çalışıram həmin an bunu aradan qaldırım, lakin böyük bir kompleksim yoxdur".
Lalə Məmmədova: "Mənim yaşıma, çəkimə, görnüşümə və ya qocalmağa qarşı heç bir kompleksim yoxdur. Bunu kompleks saymazdım, amma belə bir xüsusiyyətim var ki, təmizliyə çox önəm verirəm. Təmizlik olmayan heç bir yerdə özümü rahat hiss etmirəm".