"Bu yer Zəhranın nənəsi ilə gəzməyə çıxdığı və şəhid olduqları yerdi... Evlərinin qarşısı... And içirəm ki, bu şəkilləri paylaşmaqda məqsədim bəzilərinə bu mesajı çatdırmaq olub. Dənizə, hovuzda istirahətə ayırdığınız 5-6 saatı, imkan tapıb Zəhranın ailəsinə ayırın..."
Mynews.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri instaqram hesabında müğənni Gülay Zeynallının həyat yoldaşı, tanınmış idman məşqçisi Kamil Zeynallı yazıb. O, ürəyinin sızladığına görə bura gəldiyini bildirib:
"Mən qız atasıyam. Zəhranın atası kimi... Bu dərdi ən çox valideyn olan şəxslər anlayar. And olsun yaradana ürəyim sızlayıb deyə gəlmişəm. Mənə "Özünü reklam edir" deyənlərə bir sözüm var: Mən sadəcə Azərbaycan vətəndaşı olaraq, öz borcumu yerinə yetirməyə gəlmişəm. Bu öz içimdən gələn valideyn duyğusudur. Şoubiznesin 70 faizi Füzulidəndir. Niyə heç kim Füzuliyə gəlib Zəhranın qəbrini ziyarət etmir?..."
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub