Mynews.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, müğənni şou əhlini ondan qorxmağa çağırıb.
O, “Xəzər Maqazin”ə müsahibəsində belə deyib: “Məndən qorxmaq, mənə nifrət etmək lazımdır. Mən qorxulu insanam. Ehtiyat eləmək gərəkdir. Məndə o qədər faktlar var ki… O faktlarla danışa bilərəm, amma eləmirəm. Hələ məndə hansı kitablar, orada açılmamış hansı səhifələr var… Bəzi şadlıq evlərinin administratorları və bəzi müğənnilərin prodüserləri toylarıma mane olur. Bir dəfə bir xanım mənə zəng eləyib deyir ki, toya gələrsiz, amma itinizi gətirməyin. Gör məni necə təqdim ediblər ki, toya itlə getdiyimi düşünürlər. Məni gözdən salmaq istəyirlər. Sonra deyirlər ki, guya Nadir toylarda dava salır. Nadir Şvarsneqqerdi, nədir?
Çörək verən olun, çörəyə bais olmayın. Qoyun öləndə desinlər ki, Allah rəhmət eləsin. Deməsinlər gorbagor olasan. Mən düşmənə kinayə ilə gülərək əsəbiləşirəm. Bunu bir Qacar şah, bir də Nadir şah (özü-red.) edə bilir. Toyum olmayacaq gedib daş daşıyacağam. İki oğlumu da qoltuğuma vurub daş daşıyıb gündə evə 20-30 manat çörək pulu gətirəcəyəm”.
1
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
991 dəfə oxunub
2
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
984 dəfə oxunub
3
Prezident ailəsinin Trampla FOTOLARI
940 dəfə oxunub
4
"Whatsapp Web" üçün yeni dövr başlayır
939 dəfə oxunub
5
Nazirlik aktyora 657 min manat ödəyəcək
935 dəfə oxunub