Fəaliyyəti dayandırılmış ANS TV-nin tanınmış aparıcısı, bir müddət əvvəl ölkədən çıxışına qadağa qoyulan Qənirə Ataşova Azərbaycanı tərk edib.
Mynews.az-ın gününsesi.info-ya istinadən məlumatına görə, Q.Ataşovanın ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə və aidiyyatı orqanlara etdiyi müraciət öz müsbət həllini tapıb. Odur ki, aidiyyatı qurumlar məhkəmənin qərarını gözləmədən Q.Ataşovanın ölkədən çıxışına qoyulmuş qadağanı ləğv ediblər. Onun hazırda xarici ölkələrdən birində olduğu söylənilir.
Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda "Gülən işi”ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS Tv-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.
Qeyd edək ki, Q.Ataşova bu qadağanın götürülməsi üçün prezident İlham Əliyevə də müraciət etmişdi.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub