“Namiqlə mənim arama çaxnaşma salmaq istədilər, alınmadı. Mən ələ salınacaq adam deyiləm”.
Mynews.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Elza Seyidcahan “ATV maqazin onlarla” verilişində deyib.
Müğənni bildirib ki, meyxanaçı Namiq Qaraçuxurlu ilə duet oxuyacaqlar:
“Qərara gəlmişik ki, duet oxuyaq. "O sənsən" adlı eşq dolu bir mahnı oxuyacağıq. Namiqin ən uğurlu durtləri Aygün Kazımova ilə olub. İnşallah, mənimlə də alınar. Ola bilər Aygün Kazımova da bizimlə duet oxusun".
Qeyd edək ki, N.Qaraçuxurlu E.Seyidcahan haqda "Tarkanla müəyyən dostluğu var, sadəcə olaraq, açıqlamır ki, siz media nümayəndələri söz-söhbət yaradarsınız.
Düşünürəm ki, Elza xanımla Tarkanın gözəl münasibəti var, biz indi öyrənmişik. Tarkan bəlkə də onun şeirlərini oxuyur. Hətta eşitdiyimə görə, Tarkanın “Şımarık” mahnısındakı “maç-maç” hissəsini Elza Seyidcahan yazıb" sözlərini demişdi
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub