Tibb elmləri namizədi Rəşid Mahmudov vaxtilə ekspert kimi çıxış etdiyi “Səni axtarıram” verilişi ətrafında yaranan qalmaqala münasibət bildirib.
Mynews.az xəbər verir ki, Rəşid Mahmudov açıqlamasında verilişdə insan talelərinin səhnələşdirilməsindən xəbərdar olduğunu deyib. Tibb elmləri namizədi bildirib ki, Xoşqədəm Hidayətqızını ondan çox tənqid edən yoxdur : “Çox qoçaq qadındır, ancaq verilişi düz aparmırdı. Həmişə ona deyirdim, tənqid edirdim. Tək mən onu tənqid edirdim, onu da efirə vermirdi. Mən də acıq edib verilişə getmirəm. Hər gün mənə zəng vurub verilişə dəvət edir. Burdan Rusiyaya gedənlərin çoxu 1991-ci ildə müharibədən qaçan fərarilərdir. Tapıb gətirdiyi hamısı bomjlardır, məgər burda beləsi yoxdur?! Vətənini pis günündə atıb gedən anasını sevə bilərmi?!” (A24.Az)
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub