Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanovanın başına iş gəlib.
Mynews.az bildirir ki, yeniçag.az-a danışan aktrisanın oynadığı obraz bəzi insanlar tərəfindən qınağa tuş gəlib. Hətta küçədə getdiyi yerdə yaşlı bir qadın onun üstünə hücum çəkərək, təhqir edib:
""Həyat sən nə qəribəsən" adlı serialda oynadığım Ağca obrazına görə insanlar məni çox qınadı. Bir dəfə bacımla gedirdik, yaşlı arvad üstümə hücum çəkdi və başladı qışqırmağa ki, "sən ifritəsən, səndən zəhləm gedir; həyatda da eləsən, oynadığın obrazdan geri qalmırsan". O qədər dedim ki, "ay xala, bu roldur, reallıq deyil". Gördüm qadın nə başa düşür, nə də əl çəkir... Axırda mən də əsəbiləşdim, qayıtdım ki, "bəli, eləyəm, lap ondan da betərəm".

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub