Türkiyədə evlilik verilişində iştirak edən azərbaycanlı gəlin namizəd Naz verilişdən qovulmağı barədə yayılan xəbərlərə aydınlıq gətirib.
O, verilişdən uzaqlaşdırılması haqqında yayılan xəbərləri saytlardan oxuduğunu və bu barədə heç bir məlumatı olmadığını bildirib:
"Baxıram ki, yenə aləmi bir-birinə qatmışam. Necə qadınamsa, ancaq məndən danışırlar. “Böyüklər danışılar, kiçiklər danışar” deyimi buraya aiddir”. Verilişdən uzaqlaşdırılmağım barədə mənə heç nə deməyiblər. Bu, yəqin ki yeni sezonda dəqiqləşəcək. Bir də ki, qovulsam, nə olacaq ki? Dəvədən düşüb, eşşəyə minəcək deyiləm?!".
Yayılan məlumat görə, Nazın türkiyəli milyonçu Ali Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu ilə yaxta gəzintisinə çıxmasına əsəbləşən verilişin aparıcısı Zuhal Topal onu proqramdan kənarlaşdırıb. Belə ki, artıq növbəti sezondan etibarən Naz sözügedən izdivac verilişinə qatılmayacaq.
Qeyd edək ki, evlilik verilişinin azərbaycanlı gəlin namizədi Naz türkiyəli milyonçu Ali Ağaoğlunun qardaşı Hüseyn Ağaoğlu ilə yaxtada görüntülənib.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub