Azərbaycanın evli kişiyə ərə gedən məşhurları FOTOLAR

1888
Azərbaycanın evli kişiyə ərə gedən məşhurları FOTOLAR

Son illərdə boşanma hallarının sayı sürətlə artır. Bunu hansısa müşhahidələr yox, rəsmi statistika deyir. 

Təbii ki, boşanma hallarına məşhurlarımızın arasında da rast gəlmək mümkündür. Boşanıb ikinci dəfə məşhur simalarla ailə həyatı quranların da sayı az deyil.

"Qaynarinfo" boşanmış kişilərlə ailə həyatı quran məşhurlarımızı təqdim edir.

Aysel Teymurzadə

Aysel Teymurzadə Azərbaycan Dövlət Filarmoniyasın direktoru, pianoçu Murad Adıgözəlzadə ilə 2013-cü ildə ailə həyatı qurub. Bu evlilik Murad Adıgözəlzadənin ikinci evliliyidir. Onların 3 övladı var.

Safura Əlizadə 

2013-cü ildə mərhum sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quran Safura Əlizadənin bu evlilikdən 1 uşağı var. Fərhad Əliyev Safuradan əvvəl dizayner, 1959-1969-cu illərdə Azərbaycan SSR-yə rəhbərlik etmiş Vəli Axundovun nəvəsi Sara Əliyeva ilə evli olub. Onların 1 qızı var. 

Tünzalə Ağayeva 

Tünzalə Ağayeva "Simurq" telekompaniyasının rəhbəri Rəhman Əliyevlə ailə həyatı qurub. Rəhman Əliyev müsahibəsində sənətçiyə görə ailsindən imtina etediyini özü açıqlamışdı. Lakin evlilik uzun sürməyib. Müğənni məşhurlaşdıqdan sonra boşanma qərarı verib. Əməkdar artistin bu evlilikdən 1 qızı var.

Təranə Qumral və Musa Musayev

Hər iki müğənninin ikinci evliliyi olan qalmaqallı münasibət 2011-ci ildə sonlansa da, hazırda cütlük yenə də birlikdədir. Hər iki müğənninin ilk evliliklərindən bir övladı olub. Daha sonra cütlüyün bir qız övladı da dünyaya gəlib. 

Röya Ayxan

Məşhur iş adamının oğlu Anar Cəlilovla gizli eşq yaşayan müğənni 2008-ci ildə onunla ailə həyatı qurub. Onlar tanış olanda “Çudo-Peçka” mağazalar şəbəkəsinin rəhbəri evli idi. Anar Cəlilovun valideynlərinin etirazı və baş verən anlaşılmazlıqlara görə 2014-cü ildə bu evlilik ayrılıqla sonlanıb. Röyanın evlilikdən Hüseyn adlı övladı var. 

Sevda Sanalıyeva

İlk dəfə 2014-cü ildə ailə həyatı quran Sevda Sanalıyeva evlilikdən 1 il sonra başqa adamla görüntülənib. Bunun ardından açıqlama verən müğənni bildirib ki, o ilk evliliyini sonlandırıb və yanındakı insanla ikinci dəfə ailə həyatı qurub. Müğənni ötən ilin avqust ayı ana olub. Sevdanın həyat yoldaşı da əvvəl evli olub.

Nigar İbrahimova

2013-cü ildə Ruslan adlı şəxslə qalmaqallı evliliyə imza atan vizajist evləndiyi şəxsin keçmiş həyat yoldaşı tərəfindən ciddi təhqirlərə məruz qalmışdı. Müğənni İradə İbrahimovanın bacısı olan Nigar İbrahimovanın evlilikdən bir övladı var.

Şəbnəm Tovuzlu

Şəxsi həyatı ilə tez-tez gündəmə gələn müğənni qısa müddət əvvəl ana oldu. Hazırki evliliyi müğənninin də, onun həyat yoldaşının da ikinci evliliyidir. Hətta Şəbnəm Tovuzlu müsahibələrinin birində evləndiyi şəxsin ilk ailəsi ilə əlaqələrini saxladığını bildirib.

Flora Kərimova 

Ailə həyatında bəxti çox da gətirməyən xalq artisti Flora Kərimova 3 dəfə ailəli olub. Hər 3 evliliyinin sonlanma səbəbi həyat yoldaşlarının ölümü olub. Xalq artistinin evlilikdən Zümrüd adlı qızı var. 

Damla

İlk evliliyini sonlandıran müğənninin hazırda evli iş adamı ilə eşq yaşadığı iddiaları gündəmdədir. Hətta prodüser Sultan müğənni Damlanı evli kişi ilə sevgili olmaqda ittiham edib. Xatırladaq ki, Damlanın ilk evliliyindən bir övladı var.

Aygün Bayramova

50 yaşında evlənməyə qərar verən müğənninin ailə qurduğu iranlı iş adamının ilk evliliyindən 3 qızı olduğu bildirilir. Hətta iddialara görə, onlar hələ də rəsmi nikahdadırlar. 62 yaşlı adaxlının İranda Almaniyanın məşhur “KÖHEL” avtomobillərinin rəsmi distribüteri olduğu söylənilir.

Rəqsanə

Rəqsanənin də adı evli kişiləri yoldan çıxaran müğənnilər siyahısına daxildir. Müğənninin ikinci qızı qeyri-rəsmi nikahda yaşadığı kişidən dünyaya gəlib. İfaçı hətta efirlərin birində evli şəxslə sevgili olduğunu açıq-aydın etiraf etmişdi.

Xəbər lenti