Teleaparıcının verilişində iştirak edən tamaşaçının saytımıza verdiyi məlumata görə , ötən gün jurnalist “Səni axtarıram” verilişinin sezon finalının çəkilişi zamanı səsi tutulduğu üçün proqramı apara bilməyib. Həkimlər ona belə vəziyyətdə danışmağın yasaq olduğunu bildirsələr də o fikirindən dönməyib. Teleaparıcının səsinin eşidilməsi üçün studiya mikrofonlarının səsi tamam verilsə də bu mümkün olmayıb. Daha sonra səsinin tamam tutulduğunu görən Xoşqədəm Hidayətqızı proqramın aparıcılığını verilişdə iştirak edən Sərxan Kərəmoğluna həvalə edib. Saytımızın etibarlı mənbədən aldığı digər məlumata görə xanım aparıcının boğazına mikrob düşüb, nəticədə həkimlər belə halın uzun müddət davam etdiyini bildiriblər. Hadisədən dolayı xanım aparıcının hazırda stres keçirdiyi bildirilir.
Məsələ ilə bağlı Xoşqədəm Hidayətqızı ilə əlaqə yaratmağa çalışsaq da, bu mümkün olmadı. Verilişin yaradıcı heyəti isə telefonlara cavab verməyib. Qeyd edək ki, ötən həftə iyul ayının 7-də “Bizə danış” verilişinin sezon finalı günü artıq aparıcının canlı yayımda səsi tutulmuş, verilişin aparıcılığında proqramda ekspert kimi iştirak edən Sərxan Kərəmoğlu yardımçı olmuşdu.
bizimyol.info
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub