“Çox səhvlərim olub. Amma bunları səhv kimi qəbul etməmişəm, təcrübə bilmişəm. Yanlış insanla oturub-durmaq sənətkarın səhvi deyil. Elə həmkarım olub ki, onunla oturub-durmağımın yanlış olduğunu anlamışam. Bu, insan kimi Faiq Ağayevin səhvi olub. Sənətkar Faiq Ağayev bunu yanlışlıq bilmir”.
Mynews.az-ın məlumatına görə, bu sözləri xalq artisti Faiq Ağayev “Lider maqazin”ə açıqlamasında deyib.
Müğənni bildirib ki, gənc ifaçıların bəziləri onu, Aygün Kazımovanı və Röyanı örnək götürüb sənətə gəlirlər:
"Fikirləşirlər ki, Aygün, Röya, Faiq yağın içində üzürlər, istənilən qapını açıb keçirlər. Bizdə elə olacağıq. Demirlər ki, biz iş görmüşük, güc sərf etmişik. Xalq bizi buna görə qaldırıb. Messiyə baxıb "Messi olacam" deməklə alınır? Bizim səviyyəyə gəlmək mütəxəssilik tələb edir. Şou-biznesin kəfənini geyinirsənsə, o deməkdir ki, təqiblərə məruz olmağa hazırsan. Kim qəşəng həyat yaşaya-yaşaya kəfən geyinir? Amma onlara demək istəyirəm ki, kim olursunuzsa olun, əsas özünüz olun".
Axşam.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub