Səhnələri kəsilən film gələn həftə nümayişə çıxır.
Filmin qalası İstanbul "Güngörenspor" klubunun futbolçuları ilə ediləcək. Gökbakar oyunçuları təqdimata şəxsən dəvət edib. Klubun rəhbəri dəvət xəbərini təsdiqləyib. "Gökbakar klubumuzu "Recep İvedik 5"in qalasına dəvət edib. Açılışı bizimlə edəcəyini öyrəndik. Dəvətinə görə ona təşəkkür edirik".
Qeyd edək ki, Gökbakarın izlənmə rekordları qıran filmlərinin baş qəhrəmanı Recep İvedik İstanbulun Güngören səmtində yaşayır.
Qeyd edək ki, filmin treylerində "Recep İvedik" azərbaycanlı idmançını bir zərbə ilə nokauta salır. Bu səhnə birmənalı qarşılanmayıb. Kəskin tənqidlərlə üzləşən Şahan Gökbahar videomüraciət yayaraq sosial şəbəkədə filmdən azərbaycanlı idmançı ilə boks səhnəsinin çıxarıldığını və yayımlanmayacağını bildirib. O Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini qeyd edib. Ciddi narazılıqlardan sonra bu səhnələr filmdən çıxarılıb.
Daha sonra Türkiyə Güləş Federasiyası narazı qalıb və qınama yazısı yayıb. Federasiya qeyd edib ki, filmdə güləş əxlaq normalarından uzaq idman növü kimi göstərilib, güləş və güləşçilər haqqında mənfi rəy formalaşdırılıb, onların haqqları zədələnib
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
974 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
935 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
927 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
925 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
906 dəfə oxunub