Əksər insanlar, o cümlədən məşhurlar istirahət üçün daha çox ilin yay mövsümünü seçirlər. Çox az sayda sənətçilər isə bu mövsümdə konsert verirlər. “Report” tanınmış simalar arasında sorğu keçirərək onların yay mövsümünü harada keçirəcəklərini öyrənib. Məlum olub ki, xaricə yollanan sənət adamlarından çoxu istirahət üçün Türkiyəni seçib.
Xalq artisti Arif Babayev - Qax rayonunda dincələcək;
Əməkdar artist Zöhrə Abdullayeva - Hazırda Stokholmdadır (İsveç);
Xalq artist Gülyaz Məmmədova- Lənkəranda valideyinlərinin yanında istirahət edir;
İradə İbrahimova - Hazırda Bodrumda ailəsi ilə bağ evlərində istirahət edir. Yaxınlarda iş üçün Azərbaycana gələcək. Bu zaman o, Azəbaycanın bölgələrində dincəlməyi düşünür;
Nadir Qafarzadə - Artıq İstanbula gedib, qarşıdakı aylarda isə dəniz olan bir yerə getməyi düşünür. Bu, Nabran, Gürcüstan yaxud da Bodrum ola bilər;
Əməkdar artist Tünzalə Ağayeva - Ailəsi ilə birlikdə Bodrumda öz evində dincələcək. Eyni zamanda yay boyu bir neçə yerə səyahət edəcəyi də gözlənilir;
Zamiq Hüseynov - İşləri çox olduğuna görə, Bakıdadır. İstirahət haqqında hələlik planı yoxdur;
Əməkdar artist Sabir Məmmədov - Poylu kəndində istirahət etməyi düşünür;
Sevda Yəhyayeva - Artıq Antalya və Bodrumda istirahət edib və yenə istirahət üçün xaricə üz tutacağı gözlənilir;
Xalq artisti Səkinə İsmayılova - Hazırda dərslər və imtahanlarla məşğul olduğu üçün istirahət haqqında hələ ki, düşünmür;
Xalq artisti Ramiz Novruzov - Yay ayları ərzində film çəkimləri ilə məşğul olacaq;
Əməkdar artist Ədalət Şükürov - Bakıda bağ evində istirahət edəcək;
Elşad Xose - Türkiyəyə getməyi düşünür;
Samira - Artıq Antaliyada dincəlib;
Əməkdar artist Rafael İsgəndərov - Bakıda dincəlməyi planlaşdırır;
Əməkdar artist Coşqun Rəhimov - Azərbaycanda olacaq;
Xalq artisti Fidan Hacıyeva – Konsert üçün iyulun 14-də Parisə gedəcək. Konsertdən sonra istirahət haqqında düşünəcək;
Aygün Kazımova – Sentyabrda baş tutacaq konsetinə hazırlaşdığı üçün istirahətə vaxt ayırmayacaq;
Natavan - İstirahət üçün hara gedəcəyini dəqiqləşdirməyib.