Sağ olsa da, artıq məzarı hazırdır. Bəli, indidən özünə məzar yeri hazırlayan şəxs hamınızın yaxşı tanıdığı meyxana ustadlarından biridir.
Mynews.az bildirir ki, məşhur meyxanaçı Ağamirzə Məmmədov özü üçün qəbir yeri götürüb, hətta həmin yeri qazdırıb, içi lazımi qaydada hörülüb, üstünə isə torpaq tökülüb və demək olar ki, tam hazır vəziyyətə gətirilib.
Soyuq qış aylarında baş verən hadisədən çox keçmir ki, şair özünə qəbir sifariş edir. Onun sifarişini qəbul edən qəbirqazan əvvəlcə təəccüblənsə də, öz işini 2 günə təhvil verib.
Ailəsi, qohumları, tanıyan-bilən hər kəs şairi bu əməlinə görə qınasa da, sonradan ona haqq qazandırıb, hətta onun hazır qəbrinə şərik çıxmaq istəyənlər də olub.
Ümumiyyətlə, İslama görə hər bir müsəlman öz axirətini sağlığında düşünməlidir. Ustad sənətkara isə Allahdan uzun ömür diləyirik. /xezerxeber.az
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub