Xəbər verdiyimiz kimi, xalq artisti Brilliant Dadaşovanın erməni qarmonçalan Varujan Şahbazyanla İnstaqramda isti münasibəti hər kəsi təəccübləndirib.
Mynews.az-ın məlumatına görə, Dadaşova zənglərə cavab verməsə də, sosial şəbəkədə məsələyə münasibət bildirib.
Müğənni rəqs edən videosunu paylaşaraq özünü müdafiə etməyə çalışıb. O, yazılanları danaraq, bunu özünə qarşı “qara piar” adlandırıb:
“Əziz dostlarım, mənə “qara piar” edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdir. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.
Qeyd edək ki, B.Dadaşova Varujan Şahbazyanının İnstaqramdakı paylaşımlarınıb altına ürək, əla işarələri düzməsi ilə gündəmə gəlib. Daha sonra isə B.Dadaşova Varujanın paylaşımlarının altındakı şərhlərini silib. Eyni zamanda İnstaqramdakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb.
Bir məqam da diqqətimizdən qaçmayıb ki, ötən günkü qınaqlardan və mediadakı yazılardan sonra Varujan da İnstaqram profilini bağlı edib. Şahbazyanın B.Dadşovanın istəyi ilə belə bir addım atdığı ehtimal edilir. Varujan B.Dadaşovanı izləyənləri siyahısından da çıxarıb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub