Erməninin heç vaxt musiqisi olmayıb. Onlar bizimlə qonşu kimi yaşayıb musiqilərimizi oğurlayıblar.
Bu sözləri əməkdar artist Əli Mirəliyev xalq artisti Brilyant Dadaşovanın erməni qarmon ifaçısına münasibəti haqda Kult.az-a açıqlamasında deyib. O, ermənilərlə düşmən münasibətində olmağımızı xatırladıb:
"Bizim dahi Füzulimiz, Nizamimiz var. Bəs onların kimi var? Əgər bu gün torpaqlarımız erməni işğalı altındadırsa, onlar bizim düşmənimizdirsə, onların musiqiçilərinin adlarını çəkmək belə bizə yaraşmayan addımdır. Bizə ayıb olsun ki, erməni musiqiçinin adını çəkirik. Erməni musiqiçi ilə əlaqə yaratmaq xalq artisti olan birinə baş ucalığı gətirmir".
Xalq artistinin bu hərəkətinə əməkdar artist Baloğlan Əşrəfov da biganə qalmayıb:
"Brilyant Dadaşovanın xətrini çox istəyirəm, amma ermənilər bizim düşmənimizdir. Onlar bizim körpə balamızı öldürəndən sonra onların sənəti də mənim üçün yoxdur. Tüpürüm onların sənətinə də, özlərinə də! Mən o milləti heç sevmirəm. Onları tərifləməyə dəyməz".
Qeyd edək ki, B.Dadaşova erməni qarmon ifaçısı Varujan Şahbazyanın paylaşımlarının altına ürək, əla işarələri düzməsi və "super" yazmasına görə sosial şəbəkə istifadəçilərinin kəskin tənqidi ilə üzləşib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub