Xəbər verdiyimiz kimi, "O səs Türkiyə"nin yarışmaçısı Murad Özelə naməlum adamlar tərəfindən baltalı və bıçaqlı hücum olmuşdu.
Mynews.az Türkiyə mətbuatına istinadən məlumatına görə, kiçik zədələr alan müğənni 15 iyul şəhidlərinə təhqir yazdığı üçün polis tərəfindən saxlanılıb.
Ona edilən hücumun arxasında da etdiyi təhqirlər dururmuş. İstifadəçilər ona etiraz edərək paylaşımın silinməsini istəyiblər. Murad ittihamlara dözməyərək yazdıqlarını silib. Məhz ondan sonra qəzəbli bir neçə nəfər müğənniyə hücum edib.
Xəstəxanada olan ifaçının nəzarət altında saxlanılması barədə qərar qəbul edilib. Hakim qarşısında çıxan Özel həbs olunaraq Buca həbsxanasına aparılıb.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub