"Oklahoma Sooner" futbol komandasının oyunçusu Co Mikson qadına şiddət göstərdiyi üçün cəzalandırılıb. Mikson 2014-cü ildə bir restoranda tanış olduğu Amelia Molitor adlı qadınla mübahisə edib və onu döydüyü anın görüntüləri təhlükəsizlik kameralarına düşüb.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, videoda Miksonun yumruq atdığı görülən qadın bir neçə gün öncə hadisənin pərdəarxasını polisə danışıb. Molitor 3 dostu ilə birlikdə yemək yeyərkən Miksonun cinsi əlaqə təklif etdiyini deyərək: "Özünə doğum günü hədiyyəsi olaraq bizimlə birlikdə olmağı təklif etdii. Biz rədd edincə də təhqir etməyə başladı. Təhqirlərinə daha çox dözə bilməyib onu vurdum. O da mənə yumruq atdı. Çənəm qırıldı və uzun müddət maye qida ilə qidalanmaq məcburiyyətində qaldım'', - ifadəsini verib. Məhkəmə Miksona 100 saatlıq ictimai iş kəsib. "Oklahoma Sooner" komandası isə oyunçusunu 1 il müddətinə komandadan uzaqlaşdırıb.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub