Aktrisa Tuba Büyüküstün instaqram hesabından ona görə həbsxanaya düşən sevgilisi Ümid Evirgenin fotosunu bəyənib.
Publika.az xəbər verir ki, sevgilisi üçün darıxan aktrisanın bu hərəkəti pərəstişkarlarının diqqətindən yayınmayıb.
Məlumat üçün bildirək ki, "Gizli Kalsın” adlı gecə klubunun sahibi Ümid Evirgen sevgilisi Tuba Büyüküstün ilə şəkilini çəkən müxbirin fotoaparatını silahla hədə-qorxu gələrək əlindən alıb. Müxbirin məhkəməyə müraciətindən sonra o, həbs cəzasına məhkum olunub.
İyunun 22-də həbsxanaya düşən və 15 il həbsi istənilən Evirgen iyulun 17-də yenidən hakim qarşısına çıxacaq.
İddialara görə, Büyüküstün həbsdə ondan 9 yaş kiçik olan Ümid Evirgeni tək qoymur. Serial ulduzu məhkumun vəkilləri ilə tez-tez görüşüb vəziyyətlə maraqlanır.
Xatırladaq ki, əkiz uşaq anası olan 35 yaşlı Tuba Büyüküstün 6 illik həyat yoldaşı Onur Saylaktan 5 iyunda boşanıb.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub